Ölkə

Bu kəndin işıq xətləri yararsız vəziyyətdədir - VİDEO

3 Aprel 2022 15:07
1 Şərh     Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuz rayonunun Muxas kəndinin elektrik xətləri uzun müddətdir ki, yararsız vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 300-ə yaxın ailənin yaşadığı Muxas kəndinin sakinləri uzun müddət işıq xətlərinin yararsız vəziyyətdə olmasından əziyyət çəkiblər.

Üç il əvvəl kənddə elektrik xətlərinin yenilənməsinə başlanıb, yeni dirəklər basdırılıb. Ancaq sakinlərin sevincləri uzun sürməyib. Onların iddialarına görə, işıq çəkmək üçün basdırılan dirəklərin bir qismi yerli eletrikşəbəkənin əməkdaşları tərəfindən çıxarılaraq aparılıb.

Sakinlərin sözlərinə görə, adi küləklli havada da işıqsız qalırlar. Mövcud xətlər keyfiyyətsiz olduğundan tez-tez kəsilmələr baş verir.

Sakinlərin iddiaları ilə bağlı Oğuz rayon elektrik şəbəkəsindən və Oğuz Rayon İcra Hakimiyyətindən bildirildi ki, Muxas kəndində elektrik xətlərinin yenidən qurulmasına başlanıb. Artıq işlərin birinci mərhələsi başa çatdırılıb. Növbəti mərhələyə isə vəsait ayrıldıqdan sonra başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.