Ölkə

Naxçıvanda uçan binada ölən və yaralananların kimliyi bilindi

31 Mart 2022 19:47
3 Şərh     Baxış: 3 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verildiyi kimi, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Həlak olan şəxslər:
- 2000-ci il təvəllüdlü Qadir Süleymanov,
- 1972-ci il təvəllüdlü Həsən Əliyev,
- 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
- 1988-ci il təvəllüdlü Asəf Rüstəmov.

Xəsarət alan şəxs:
- 1996-cı il təvəllüdlü Alı Əliyev.

Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.