Ölkə

Azərbaycanda modul tipli xəstəxanalar bağlandı

30 Mart 2022 12:30
1 Şərh     Baxış: 3 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə ötən gündən etibarən Bakının Zığ qəsəbəsində yerləşən FHN-in modul tipli xəstəxanasının fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılıb. Həmçinin paytaxtda COVID-19 pandemiyası ilə əlaqədar açılan digər modul tipli xəstəxanaların da bağlandığı bildirilir.

Məsələ ilə əlaqədar TƏBİB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən Milli.Az-a koronavirusa yoluxma sayında azalmanın olması səbəbindən bəzi modul tipli xəstəxanaların fəaliyyətini dayandırdığı təsdiqləndi:

"COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb".

TƏBİB-dən, həmçinin bildirilib ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, ötən gün Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib, 48 nəfər yoluxub. Ümumilikdə aktiv xəstə sayı 308 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.