Ölkə

Şagirdlərin fərqli geyimdə məktəbə getmələrinə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA

30 Mart 2022 10:21
2 Şərh     Baxış: 1 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti tədris ilindən şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimdə getmələrinə icazə verilməyəcək.

Bu barədə Milli.Az APA-ya istinadən məlumat verir.

Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının "Ümumi təhsil haqqında" Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə getməsinə yol verilməyəcək.

"Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə, açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.