Ölkə

Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

28 Mart 2022 12:24
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulub, əziz xatirəsi anılıb. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.