Ölkə

Göygöldə nadir hadisə, su buz bağladı - FOTOlar

24 Mart 2022 15:02
0 Şərh     Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir. 

Milli.Az bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

"Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.

Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir".

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.

"Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.