Ölkə

Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

16 Mart 2022 11:12
0 Şərh     Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

Milli.Az xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib.

Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Onun yerinə də təyinat olub. Nazirin əmri ilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşı 22-ci Polis Bölməsinin rəisi təyin edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.