Ölkə

Qara görə Şuşadan çıxa bilməyən sərnişin avtobusu Bakıya yola düşüb - FOTO

14 Mart 2022 14:41
0 Şərh     Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Milli.Az-a verilən məlumata görə, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.