Ölkə

Biləsuvarda transformatorda qəza baş verib, iki kənd işıqsız qalıb

12 Mart 2022 11:30
0 Şərh     Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunun iki kəndi elektrik enerjisiz qalıb.

Milli.Az "Report"a istindən bildirir ki, ötən gün axşam saatlarından etibarən rayonun Səmədabad və Nərimankənd kəndlərində hazırda elektirik enerjisi yoxdur.

Biləsuvar Elektrik Şəbəkəsindən bildirilib ki, Nərimankəndin elektrik transformatorunda qəza baş verib. Qeyd olunub ki, adıçəkilən kəndərin elektrik təminatı daşıyıcısı xətti eynidir. Yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb: "Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enrjisi bərpa olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.