Pandemiya başa çatır? - Koronavirusla bağlı vəziyyət dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yoluxma sayının azalması təbii bir qanunauyğunluqdur, istənilən epidemik alovlanma müəyyən bir dövr keçdikdən sonra sönməlidir. Digər bir tərəfdən, çox sürətlə yayılan Omikron xeyli yoluxma halları yaradaraq, vaksinasiya ilə yanaşı olaraq kütləvi immunizasiyaya daha da təkan vermiş oldu".
Bunu Milli.Az-a açıqlamasında həkim mütəxəssis Könül İsmayılova deyib.

O bildirib ki, mütəxəssislərin etdiyi açıqlamalar pandemiyanın bitməyə doğru getdiyi ümidlərini artırır:
"Dünya ekspertlərinin fikrincə, Omikron ştamının klinik-epidemioloji xüsusiyyətləri pandemiyanın artıq başa çata biləcəyi ehtimalına əsas verə bilər.
ÜST-ün açıqlamasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, yer kürəsində olan bütün canlılar aləmi müxtəlif elmlər vasitəsilə öyrənilir və bir təsnifat sistemində cəmləşdirilir. Bu, viruslara da aiddir, onlar da identifikasiya olunurlar və xəstəlik törətmə qabiliyyətləri-patogenliyi mikrobioloqlar tərəfindən araşdırılır və diqqətdə saxlanılır. Bir az öncə COVİD-19-un "myu" ştamı ilə bağlı da narahatlıqlar, xəbərlərin sosial şəbəkələrdə yayılmasının şahidi olduq. Lakin bu ştam ÜST-ün "narahatlıq doğuran viruslar" siyahısına salınıb.
Gələcək dövrlərdə infeksion xəstəliklərin təhlükəli şəkil alaraq, epidemiyaya çevrilməsinin baş verməməsi üçün, bu illər COVİD-19-la bağlı mübarizədə qəbul edilmiş strategiya və tədbirlərdən müəyyən bir elmi nəticələr əldə etmək olar. Bu isə öz növbəsində düzgün infeksion nəzarətin təşkilində və ölkələrin epidemioloji hazırlığında faydalı ola bilər".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib





