Ölkə

14 Fevralın restoran qiymətləri: Sevgililəri elə rəqəmlər gözləyir... - VİDEO

11 Fevral 2022 16:56
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 14-nü ölkəmizdə də sevgililər günü kimi qeyd edənlər var.

Özü də deyəsən lap çoxdur. Çünki, hər il bu tarix yaxınlaşdıqda paytaxt restoranlarında, demək olar ki, boş yer tapmaq mümkün olmur. Bu il də eyni hal təkrarlanır.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, restoran inzibatçısı Rəşad Abdullayev deyir ki, artıq bir neçə gün əvvəldən 14 fevral üçün sifarişlər başalyıb və artıq yerlərin 60 faizdən çoxu dolub. Qiymətlər isə isə təklif edilən menyu və xidmətlərə görə dəyişir. 

Bəzi məkanlar isə müştəriləri cəlb etmək üçün fərqli şou-proqramlar hazırlayacaqlar. 

Sifarişlər arasında masaların fərqli hazırlanması da diqqəti çəkir. Çünki məhz həmin gün evlilik təklifi edənlər də olacaq.

İnzibatçılar sifarişlərin əvvəlki illərlə müqayisədə çoxaldığını bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.