Ölkə

Ermənilərin atdığı kasetli bomba partladı: Ölən var

2 Fevral 2022 11:26
0 Şərh     Baxış: 3 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Milli.Az bildirir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.