Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Milli.Az-a bildirib ki, araşdırma zamanı qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduqları müəyyən edilib.
Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Milli.Az