Ölkə

Koronavirusa yoluxan şəxslərin NƏZƏRİNƏ: Karantin müddəti bu halda uzadılacaq

24 Yanvar 2022 11:49
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halını açıqlayıb.

Nazirlikdən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyi keçirən şəxslərdə simptomlar davam edirsə, bu zaman həmin şəxsin karantin müddəti uzadıla bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.