Ölkə

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib

21 Yanvar 2022 20:36
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.

Bu barədə Milli.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "XXI əsr Xəzər İnşaat" MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.