Ölkə

Bəhruz Xudiyev evində qumar oyunları təşkil edirmiş... - Saxlanıldı - FOTO

15 Yanvar 2022 09:47
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub. Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanuna müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.