Tarif Şurasının iclası keçirildi - Bu qiymətlər dəyişdirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Milli.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində "Azərpoçt" MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.
Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq. İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Universal poçt rabitəsi xidmətləri üzrə əvvəlki və yeni tariflərin müqayisəli cədvəli ilə tanış olmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.
Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.
Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)





