Ölkə

Quba-Susay-Xınalıq yolunda uçqun - VİDEO

17 Dekabr 2021 17:24
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnşası davam edən Quba-Susay-Xınalıq avtomobil yolunda uçqun baş verib. Yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çöküb.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, bura uçqunun baş verdiyi ərazidir. Torpaq sürüşməsi nəticəsində yolun hər iki hissəsi yararsız vəziyyətə düşüb. Nəticə hazırda hər iki istiqamətdə avtomobillərin hərəkəti təhlükəlidir.

Yolun hərəkət üçün təhlükəli olduğunu yerli sakinlər də təsdiq edir. Onlar bildirir ki, xüsusən gecə saatlarda yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, hazırda sözügedən yolda tikinti işləri davam etdirilir. Bu səbəbdən də təhlükəsizlik məqsədilə sürücülərdən alternativ yol olan Quba-Xınalıq yolundan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, ümumi uzunluğu 58,8 kilometr olan Quba-Susay-Xınalıq yolunun tikintisi işləri davam etdirilir. Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşıması xeyli yaxşılaşdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.