Ölkə

Bakı məktəblərində direktorlara tapşırıqlar verildi - SƏBƏB

15 Dekabr 2021 12:49
1 Şərh     Baxış: 2 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Milli.Az xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

O qeyd edib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil: "Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.