Ölkə

Azərbaycanda dəhşətli hadisə: Balıq tutmağa getmişdi, kanalda boğulub öldü - VİDEO

12 Dekabr 2021 18:30
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıq tutmağa getmişdi, amma evinə bəd xəbəri gəldi. Lənkəranda balıq tutub evinə qayıdan kişi kanala düşərək boğulub ölüb.

Balıq tutmaqdan qayıdan velosipedçi su kanalına düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bədbəxt hadisə dünən axşam saatlarında Lənkəran rayonunun Vilvan kəndində baş verib. Balıq ovundan evə qayıdan 59 yaşlı Qurbanəli Cəfərov velosipedlə hərəkətdə olarkən müvazinətini itirib və su kanalına yıxılıb. 

Qurbanəli Cəfərovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.