Beynəlxalq köçürmələrlə bağlı bir ilk!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) GPI sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan Azərbaycan Beynəlxalq Bankı müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb. İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür. Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır. Üstəlik, müştərilər indi Bankın bu
xidmətindən ödənişsiz istifadə edirlər.
Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SWIFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPI sistemini tətbiq edib.
Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub. Sistem beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası
prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur. Azərbaycan Beynəlxalq Bankının bu innovativ addımı hüquqi şəxs və sahibkar müştərilərin işinin daha da asanlaşmasına, müştəri məmnuniyyətinin və loyallığının artmasına xidmət edir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)





