Banklar

Bank Respublika regionlarda qadın sahibkarlarla görüşlər keçirdi

6 Mart 2020 18:00
Baxış: 3 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən "Bank Respublika"nın təşəbbüsü ilə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilib.

Respublikamızın müxtəlif regionlarında işgüzar  formada təşkil olunmuş görüşlərdə 100-a yaxın qadın sahibkar iştirak edib.

İştirakçılar arasında səmimi mühitdə keçirilən tədbirdə xanım iş adamları bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər.

Görüşlərdə çıxış edən bank nümayəndələri ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının "Bank Respublika"nın həyata keçirdiyi strategiyanın prioritet istiqamətu olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və onların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir.

Daha sonra tədbirdə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

Tədbirin sonunda Bankın əməkdaşları qadın sahibkarları qarşıdan gələn "8 mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edib onlara hədiyyələr təqdim edib.

Bankdan verilən məlumata əsasən, Bank bundan sonra da sahibkarlarla işguzar mühitdə görüşlərə davam edəcək və onların inkişafı üçün dəstək olacaq layihələr həyata keçirəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.