Azərbaycan Beynəlxalq Bankının yaratdığı ödənişsiz Akademiyaya qəbul başlandı!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 9-da Azərbaycan Beynəlxalq Bankı ilə "DAN.IT" təhsil mərkəzi arasında IBA Tech
Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankı tərəfdən bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, "DAN.IT" mərkəzi tərəfdən isə mərkəzin təsisçilərindən Eddi Prilepski imza atıb.
Tədbirdə sentyabrın 9-dan IBA Tech Akademiyasına qəbulun başlandığı elan edilib. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az
Belə bir Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.
Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili
sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən "DAN.IT" mərkəzi də Azərbaycan
Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin
icrasında yaxından iştirak edəcək.
Akademiyada təşkil olunan intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra
seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə.
Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: "Biz belə bir
Akademiyanın yaradılacağını bir neçə həftə əvvəl elan etmişdik. Akademiya barədə ilk açıqlamamızın cəmiyyətdə doğurduğu geniş maraq Azərbaycan Beynəlxalq Bankının bu sosial təşəbbüsünün nə qədər böyük ictimai zərurətdən yarandığını göstərir. Bununla bağlı üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyik ki, IBA Tech Akademiyasının fəaliyyəti ilə ölkəmizin bu günü və gələcəyi üçün yüksək bir dəyər yarada bilək. Beləliklə, IT sahəsində bilik və bacarıqlar qazanmaq, özünü inkişaf etdirmək, uğurlu karyera qurmaq arzusunda olan bütün gənclərimizin üzünə bu gündən çox geniş bir imkan açılmış olur. Onları bu imkandan faydalanmağa çağırırıq".
"DAN.IT" mərkəzinin təsisçilərindən Eddi Prilepski isə bildirib ki, TELEM metodikasının
prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması
mütləq şərt deyil. "Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Amma burada
təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür. Bu halda biz onları əsl peşəkarlar kimi yetişdirərək uğurlu karyera qurmalarına kömək göstərə biləcəyik. Əminik ki, Azərbaycan Beynəlxalq Bankı ilə bu birgə işimiz "DAN.IT" təhsil mərkəzinin ən uğurlu tərəfdaşlıq layihələrindən olacaq".
IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 sentyabrdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir





