Banklar

Xalq Bank filiallarının sayını 15-ə çatdırdı

26 Sentyabr 2011 15:02
Baxış: 6 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün, sentyabr ayının 26-dan etibarən ASC "Xalq" Bankının "Əhmədli" filialı fəaliyyətə başlayır. "Əhmədli" filialı Bankın paytaxtda fəaliyyət göstərən sayca dördüncü filialıdır. Yeni filial əhali və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən faydalanmaq imkanı verir.

Yeni filial Bakı şəhəri, M.Rüstəmov küçəsi, 23 ünvanda yerləşir. Тelefon: (012) 570 92 05; faks: 570 92 06.

Qeyd edək ki, hazırda Xalq Bankın Bakıda və regionlarda 15 filialı və 2 şöbəsi müştərilərə xidmət göstərir. Filial şəbəkəsinin davamlı olaraq genişləndirən Bank ilin sonunadək daha bir neçə filialın açılmasını planlaşdırır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.