Ən ucuz elektromobillər: 3 mindən 600 minə..
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin yanvar ayında Azərbaycana 6 mln. 588.14 min ABŞ dolları dəyərində 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Milli.Az xəbər verir ki, idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri təxminən 80 574 manat olub.
Məlumata əsasən idxalın əsas hissəsi Çin, ABŞ və Almaniyadan təmin olunub. Belə ki, cari ilin ilk ayında Çindən 75 ədəd, ABŞ-dən 32 ədəd, Almaniyadan isə 25 ədəd elektromobil idxal olunub.
Koreya Respublikası və Yaponiyanın hər birindən 2 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Türkiyə və Avstriyanın hər birindən 1 ədəd idxal həyata keçirilib.
Qeyd edək ki, Çindən idxal olunan avtomobillərin 1 ədədinin gömrük dəyəri təxminən 50 611 manat, ABŞ və Almaniyadan idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri müvafiq olaraq 28 871 manat və 216 827 manat olub.
Koreya Respublikasından gətirilənin 1 ədədi 33 150 manata, Yaponiyadan gətirilənin 1 ədədi isə 31 365 manata başa gəlib.
Yuxarıda qeyd olunduğu kimi hər birindən 1 ədəd olmaqla Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 672 384 manata, Türkiyədən 3468 manata və Avstriyadan isə 254 473 manata elektromobil idxalı olub.
| Ölkə | miqdarı | 1 ədədinin orta qiyməti |
| Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı | 1 | 672 384 AZN |
| Avstriya | 1 | 254 473 AZN |
| Almaniya | 25 | 216 827 AZN |
| Çin | 75 | 50 611 AZN |
| Koreya Respublikası | 2 | 33 150 AZN |
| Yaponiya | 2 | 31 365 AZN |
| Amerika Birləşmiş Ştatları | 32 | 28 871 |
| Türkiyə | 1 | 3468 AZN |
Sözügedən dövrdə Azərbaycandan ixrac isə Belarus (6 ədəd), BƏƏ (1 ədəd) və Gürcüstana (2 ədəd) olub. Belə ki, Belarusa ixrac olunanın 1 ədədi 79 333 manat, Gürcüstana ixracın 1 ədədi 76 500 manat olub.
BƏƏ-yə ixrac olunan 1 avtomobil isə qarşı tərəfə 281 962 manata başa gəlib.//valyuta.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





