Avto

“Zaporojets”lər yenidən istehal olunacaq

21 Yanvar 2025 07:28
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Zaporojye vilayətində "Zaporojets" markalı avtomobillərin istehsalı bərpa oluna bilər.

Milli.Az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində regionun Qanunvericilik Məclisinin sədri Viktor Emelianenko bildirib.

"Eyni və ya fərqli adda müasir "Zaporojye" avtomobillərinin istehsalı Zaporojye Avtomobil Zavodunun yerləşdiyi eyniadlı şəhərin ərazisi azad edildikdən sonra bərpa edilməlidir", - siyasətçi bildirib.

Viktor Emelianenkonun sözlərinə görə, Zaporojyedə yerləşən "AvtoVAZ" zavodu Zaporojets avtomobilləri istehsal edə bilər. Müəssisədə avtomobillərdən mikroavtobuslara qədər avtomobillərin yığılmasına imkan verən konveyer var.

Siyasətçi onu da əlavə edib ki, yenilənmiş "Zaporojets"in adı dəyişdirilə bilər.

Emelianenko qeyd edib ki, əvvəllər avtomobillər üçün mühərriklər Melitopol şəhərində istehsal olunurdu. Orada motor zavodu var idi, sonradan o, gəlir gətirmədiyi üçün bağlanıb. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.