Avto

Çin istehsalı olan hibrid avtomobillər niyə ucuzlaşıb? - ARAŞDIRMA - VİDEO

21 Yanvar 2025 06:47
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən gətirilən hibrid avtomobillərin qiyməti enir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, sözegedən avtomobillərin Azərbaycana daşınması da daha tez başa gəlir. Çin istehsalı avtomobillərin sahibləri isə deyirlər ki, qiymətlərin digər avtomobillərə nisbətən münasib olması onlara marağı artırır.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, "taksi" fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi vaxdtdan, yəni ötən ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb. Əgər ilin I yarısında bu ölkədən Azərbaycana 2 854 belə nəqliyyat vasitəsi gətirilmişdisə, noyabr ayında bu say 11 102-yə çatıb.

Diqqətçəkən məqamlardan biri də Çindən gətirilən hibrid avtomobillərin qiymətinin getdikcə enməsidir. Belə ki, ötən ilin yanvar ayında Çindən idxal olunan 1 ədəd hibrid avtomobilin orta qiyməti 31 571 dollar idisə, noyabr ayında bu göstərici 37% azalaraq, 19 923 dollar təşkil edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.