Avto

Mühərrikin yuyulması zamanı nələrə diqqət edək?

17 Noyabr 2024 22:47
Baxış: 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən avtomobilin mühərrikində illərlə yağ, çirk və digər maddələr yığılıb qalır. Başqa sözlə, avtobillərin mühərrikinin yuyulması zərurəti yaranır.

Avtomobil sahibləri isə bəzi hallarda mühərrik hissəsinin yuyulmasına risk etmirlər. Bəs həqiqətən də bu hissənin yuyulması avtomobilə zərər verə bilərmi?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 13 ildir, bu işlə məşğul olan Ömər Hafiz deyir ki, bütün hallarda mühərrik hissə yuyulan zaman diqqətli olmaq lazımdır. Əks halda, ani diqqətsizlik avtomobil sahiblərini əlavə maddi zərərə sala bilər. O tövsiyə edir ki, bu iş mütləq peşəkarlara həvalə olunmalıdır.

Sonrakı mərhələdə mühərrik hissəsinə keyfiyyətli dərman və ya yuyucu vasitələr vurulmalıdır ki, naqillərə və digər plastik hissələrə zərər verməsin. Dərman vurduqdan 5 dəqiqə sonra isə yuyulma prosesi başlayır. Su ilə yuyulduqdan sonra isə həmin hissənin qurudulması mütləqdir.

Ömər usta onu da qeyd etdi ki, avtomobilin mühərrikinin yuyulması qiymətləri 30 manatdan başlayır. Qiymət marka, model, çirklilik səviyyəsi və riskə görə dəyişir.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.