Avto

Azərbaycanlıların "bezkraska" sevgisi

30 Aprel 2024 15:14
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda avtomobil bazarında durğunluq yaşanır. Parkinqlə bağlı qiymətlər, şəhərdə sıxlıq, taksilərlə bağlı yeni qərar və başqa səbəblərdən avtomobillər kütləvi şəkildə satışa çıxarılıb. Mühərrik həcmi böyük olan avtomobillərin qiyməti ucuzlaşıb, hibrid maşınların qiyməti qalxıb. Bazarda hazırda ən çox təklif olunan maşın "Toyotda Prius"dur. Bu maşının sahibləri qısa zamanda "Prius"dan qurtulmaq istəyirlər.

Azərbaycanda maşınların qiymətlərini demək olar ki, alverçilər tənzimləyirlər. Onlar hər hansı maşının qiymətini "öldürmək" istədikdə həmin maşınları kütləvi şəkildə ucuz qiymətə satışa çıxarırlar. Və ya əksinə... Onların Azərbaycandakı maşınlarla bağlı qəlibləşdirdiyi düşüncə tərzi də var. Məsələn, "BMW" xərclidir, "Toyota" dözümlüdür, "Nissan" daşdöyəndir və sair. Halbuki, bu deyilənlərin həmin firmalarla əlaqəsi yoxdur. Nəzərə almaq lazımdır ki, bütün maşınların detallarının ömrü var və ucuz maşınlarda detallar keyfiyyətsiz olduğu üçün ömrü daha qısa olur.

Avtomobil alarkən əsas diqqət edilməli məqamlardan biri onun sürətlər qutusu və mühərrikinin vəziyyətidir. Onlar sazdırsa, avtomobilin kuzasının vəziyyətinə baxış keçirmək vacibdir. Əgər avtomobilin kuzası bir neçə avtomobilin calağıdırsa və ciddi zərbə alıbsa bu zaman həmin avtomobildən uzaq durmaq lazımdır. Bunu isə həvəskar ustalar aydınlaşdıra bilmir.

Azərbaycanda maşınların başına elə oyunlar açırlar ki, müştərilər maşında rəng dəyən yer olduğunu bildikdə ondan qaçırlar. Alıcılar düşünür ki, maşına rəng dəyibsə deməli nəsə qəzası olub. Halbuki, avtomobilin detalında rəng olması onun qəza keçirməsi ilə əlaqəli olmaya bilər. Ümumilikdə, maşının detalında və ya detallarında rəng varsa bunun avtomobilin təyinatına heç bir aidiyyatı yoxdur. Əgər maşın zədə görməyibsə, yəni, avtomobil hərəkətdə olarkən zədə səbəbindən hər hansı tərəfə istiqamətlənməsi yoxdursa, onun detallarında rəng olması maşına heç bir mənfi təsiri yoxdur. Bu səbəbdən də "bezkraska" olmayan maşınları bu qədər şişirtmək əsassızdır.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.