Avto

"Tesla"nın akkumulyatorunu dəyişdirmək 22 min dollara başa gəldi, əsəbləşib maşını partlatdı -VİDEO

22 Dekabr 2021 03:33
0 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyada bir şəxs 2013-cü il istehsalı olan "Tesla" model avtomobilini partladıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həmin şəxs maşının köhnəlmiş akkumulyatorunu dəyişdirmək istəyib. Servisin 22 min 500 dollara başa gələcəyini öyrənən adam "Tesla"nın sahibi olan İlon Maska əsəbləşib.

Bundan sonra o, həmin avtomobilin ön oturacağına İlon Maskın üzü əks olunmuş oyuncağı qoyub, 30 kiloqramlıq dinamitlə partladıb.

Qeyd edək ki, elektrik avtomobil şirkəti "Tesla", akkumulyatorların müddəti bitdiyi təqdirdə onları dəyişmir. Bu da bir çox müştərinin narazılığına səbəb olur. Finlandiyalı bu adam isə öz etirazını maşınını partlatmaqla göstərib.

Həmin anların görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.