Dəhliz açılır, İrəvan “yox” deyə bilməz - Arkov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni üçtərəfli görüşün (Azərbaycan, Ermənistan, Rusiya) məqsəd və vəzifələrini oktyabrın 21-də Valday beynəlxalq diskussiya klubunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin artıq qeyd edib. Vladimir Vladimiroviçin tamamilə haqlı olaraq vurğuladığı kimi, Azərbaycan SSRİ dövründə mövcud olan və Ermənistan ərazisindən Naxçıvanla əlaqənin bərpasında maraqlıdır. Bu, Bakı üçün prioritet məsələdir.
Milli.Az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
Onun sözlərinə görə, öz növbəsində, Ermənistan üçün isə ən vacib məsələ blokadanın aradan qalxması, regiondakı nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə daxil edilməsidir:
"Əlbəttə ki, tərəflər Cənubi Qafqazda sülhün tamamilə bərpa olunmasında maraqlıdırlar. Amma təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından təxminən bir il sonra da Qarabağ münaqişəsi zonasında mütəmadi olaraq "aferşoklar" müşahidə edilir. Rusiya sülhməramlıları bu ərazilərdə yerləşdirilməsəydi, vəziyyət daha da faciəvi şəkil ala bilərdi.
Bəli, üç onillik davam edən münaqişə üçün afterşoklar qaçılmazdır, lakin onların dayandırılması üçün səy göstərmək, təxribatlara uymamaq, qonşunu düşmən kimi deyil, tərəfdaş kimi görmək lazımdır. Bakı bunu edə bilsə də, İrəvanda hələ ki, bunu dərk edə biləcək insanlar azlıq təşkil edir.
Moskva müzakirəsi üçün digər vacib məqam, şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizidir. Qeyd etmək lazımdır ki, İrəvan artıq 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini qismən yerinə yetirməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında gərginliyin yeni mərhələsindən sonra Ermənistan Azərbaycanın mülki aviasiyası üçün öz hava məkanını açdı ki, bu da Naxçıvanla müntəzəm hava əlaqəsinin təmin olunmasına imkan verdi.
Yerüstü məlumatın (dəmir və avtomobil yollarının) bərpasına gəlincə, burada erməni tərəfini narahat edən bir neçə məqam var.
Məsələn, İrəvan Zəngəzur nəqliyyat dəhlizinin Ermənistanı faktiki olaraq İranla sərhəddən məhrum edə biləcəyi təhlükəsindən narahatdır. Amma görünür, tərəflər bu problemin də həlli yollarını tapa bilib.
Zəngəzur nəqliyyat dəhlizinin tezliklə bərpa olunmasına da məhz belə format kömək edəcəkdir.
Zəngəzur nəqliyyat dəhlizi məsələsinin müsbət həlli həm iqtisadi əməkdaşlıq, həm də kollektiv təhlükəsizliyin təmin edilməsi sahəsində (o cümlədən, "3+3" formatında) bir sıra digər mühüm vəzifələrin reallaşdırılmasını da pauzadan çıxarmağa imkan verəcək. Bir sözlə dəhliz artıq açılır. Ermənistan da artıq "yox" deyə bilməyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





