Ermənistanda Hadrut məğlubiyyətinə görə də HƏBSLƏR BAŞLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan II Qarabağ Müharibəsindəki ağır məğlubiyyəti həzm edə bilmir, ölkə rəhbərliyi bunun səbəblərini ayrı-ayrı zabitlərə, digər vəzifəli şəxslərə yükləməyə çalışır.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğunda müharibə zamanı yol veriılmiş qanun pozuntularının araşdırılması üçün 2000-dən çox cinayət işi açılıb.
Bu cinayət işləri döyüş əməliyyatları üçün nəzərdə tutulmuş silah və partlayıcı qurğuların qaçaqmalçılığı və ya qəsb edilməsi, hərbi xidmətə çağırışdan yayınma, əmrlərə tabe olmamaq, xidmət yerindən qaçmaq, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək, hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozmaq, xidmətə laqeyd yanaşmaq halları ilə bağlıdır.
Cinayət işlərinə Azərbaycan Ordusunun Şuşa şəhərinə qədər irəliləməsinin qarşısının alınmaması, Hadrut şəhərinin, Xocavənd rayonunun kəndlərinin əldən verilməsi də daxildir.
Hərbi əməliyyatlar zamanı komandirlərin yol verdiyi taktiki səhvlər, döyüşlərin idarə edilməsindəki özbaşınalıq halları da araşdırılan məsələlər sırasına daxildir.
Baş Prokurorluq eyni zamanda, itkin düşən, əsirlikdə olan hərbçilərin valideynlərinin aldadılaraq onlardan pul alınması, habelə dövlətə xəyanət halları ilə bağlı da istintaq aaraşdırması aparır.
Məlumata görə, artıq 800-dən çox şəxs təqsirləndirilən qismində istintaqa cəlb edilib. Onların arasında Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri də var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
XƏBƏR LENTİ
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi





