Ermənistan

Paşinyan diplomatları bağışlamadı: Ermənistan XİN-də repressiyalar davam edir

6 İyul 2021 11:18
0 Şərh     Baxış: 1 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistan Xarici İşlər Nazirliyində gərgin atmosfer hökm sürür. Düşüncəsindən, peşəkar diplomatlardan qurtulma prosesi davam edir".

Milli.Az xəbər verir ki, bu barədə İrəvanda çıxan  "Hraparak" qəzeti yazır. Bundan əvvəl nəşr 10 erməni diplomatın xaricə ailələri ilə yola salınmasının təxirə salındığını bildirmişdi. Paşinyan hökuməti Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməməsinə qərar verib. Qəzetin yazdığına görə, hökumət indi bu diplomatların Facebook hesablarını diqqətlə araşdırır. "Və Allah qorusun, "Vətəndaş Müqaviləsi"ni tənqid edən bir postun altında bir şərh və ya oxşar bir şey tapacaqlar. O zaman diplomatlar xaricdə işləmək hüququnu deyil, karyera perspektivlərini də itirəcəklər" - deyə qəzet yazır.

Qeyd olunur ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxan nazirlik heyətini bağışlamamağa qərar verib. Xarici İşlər Nazirliyinin işçilərindən səbirli olmaları və yeni bir nazir təyin olunmasını gözləmələri xahiş olunur.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.