Rus tələbələr Keosayan və Simonyanın cəzalandırılmasını tələb edirlər - QALMAQAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moskva Dövlət Universitetinin Jurnalistika Fakültəsi tələbələri jurnalistikanı irqçi və ksenofob ifadələrlə nüfuzdan salan "Beynəlxalq pilorama" proqramının məzmunu ilə bağlı İctimai Kollegiyaya müraciət ediblər.
Milli.Az Gradator.Ru-ya istinadən xəbər verir ki, kollegiya bu kollektiv açıqlamaya baxacaq.
Tələbələrin bəyanatında deyilir ki, istifadə edilən müqayisə və formulalar, sadəcə, hörmətsiz deyil, təhqiramizdir və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə tənzimlənir - nifrət və ya ədavətə təhrik, cinsiyyət, irq əsasında insan ləyaqətinin alçaldılması, milliyyəti, dili, mənşəyi və s.
Tələbələr hesab edirlər ki, "Beynəlxalq pilorama" proqramının (NTV-də Tigran Keosayan tərəfindən aparıcısı və həyat yoldaşı Margarita Simonyanın rus auditoriyasını ləkələməyə yönəlmiş verilişlərinin ssenarilərini yazdığı) mahiyyəti məlumatın qərəzli və kütləvi izləyicilər üçün birtərəfli işıqlandırılması və yalan şərh edilməsidir.
Tələbələr Mətbuat Şikayətləri üzrə İctimai Kollegiyadan "Beynəlxalq pilorama" jurnalistlərinin və aparıcı Tigran Keosayanın fəaliyyətinə peşəkar və hüquqi qiymət verməsini xahiş edirlər.
"Afərin, tələbələr! Onların vicdanı var və onlar iyrənirlər", - sosial şəbəkələrdə yazırlar.
İyrənclik, "Beynəlxalq pilorama" layihəsində yayımlanan proqramlara baxdıqdan sonra meydana gələn bir qavrayışdır. Simonyan-Keosayan tandemi Rusiyanın imicinə ciddi ziyan vurur, rus jurnalistikasının peşəkar meyarlarını və rus tamaşaçısının oriyentirlərini dəyərdən salır.
Yalnız "Cənab və xanım dib" adlandırılan bu cütlüyün hər hansı bir cəzaya məruz qalacağına heç kim inanmır. Bəs Keosayan kimdir? O, sadəcə, bu hekayədəki əlaltı, ifaçıdır. Rusiya jurnalistikasının və rus auditoriyasının bütün bu təhqirlərinin arxasında Margarita Simonyanın siması durur. Keosayanın həyat yoldaşıdır, eyni zamanda rusları təhqir edən bu ədəbsiz və təxribat proqramlarının ssenari müəllifidir. Bəzi "Dayılar" (Moskvadan və Vaşinqtondan) Marqarita Simonyana Rusiyadakı ən böyük dövlət media holdinqlərini - MIA Rossiya Segodnya, RT telekanalı, RİA Novosti, Sputnik və s. verərək, onu Rusiya jurnalistikasının olimpinə qaldırdılar.
Kim və niyə Simonyanı rus jurnalistikasının əsas fiquruna çevirdi, bu sabun köpüyünü niyə böyütdü - bu, ayrı bir sualdır.
Ancaq xüsusən Simonyan və Keosayanın Rusiya jurnalistikasına verdiyi zərər geniş rus auditoriyası səviyyəsində müzakirə mövzusu oldu.
Rus tələbələrdən bu şəxslərin həyata keçirdiyi fəaliyyətlərə layiq cavab verilməsinin istənilməsi, simonyanların və keosayanların istismarına məruz qalan rus jurnalistikasının dərin bir "pilodramını" təsvir edir.
Aslan Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq
-
Tsarukyanın həbs müddəti uzadıldı
-
Belarusda Ermənistanın “Yerevan 2800” konyakının satışı qadağan edilib
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
XƏBƏR LENTİ
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb





