Ermənistan

FTB Sarkisyanın cinayətlərinin izinə düşüb?

27 Yanvar 2011 12:31
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının "Çorrord İnknişhanutyun"a istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) onun Amerikadakı biznesilə maraqlanmağa başlamasıdır. Məlumata görə, Saşikə məxsus "Qlendel Hils" tikinti şirkətinin ABŞ-da da eyniadlı nümayəndəliyi var. Son illər o, Amerikada böyükhəcmli layihələr reallaşdırır. Təşkilatın yerli kriminal dairələrlə sıx əlaqələri üzə çıxıb və bu günlərdə FTB əməkdaşları şirkətin icraçı direktorunu həbs edib. Sarkisyana yaxın olan bu şəxsin fəaliyyəti artıq bir neçə aydır nəzarətdə saxlanılırmış. Onunla birlikdə Sarkisyanın biznesinə aidiyyatı olan digər Amerika ermənilərinin də saxlanıldığı bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.