"Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
"Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq", - Paşinyan deyib.
Baş nazir müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlara dair sual verib. Papikyan suala belə cavab verib: "Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırış olmayıb. Hər çağırış üçün ən azı 2 nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir".
Cavabında Paşinyan vurğulayıb: "Ancaq bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq".
Milli.Az