Ermənistan

Ermənistanda Baş Qərargah rəisinin keçmiş birinci müavini saxlanılıb

4 Yanvar 2025 17:00
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan saxlanılıb.

Bu barədə Milli.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Xaçatryan 2020-ci ilin payızında baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsinin bəzi epizodları ilə bağlı saxlanılıb.

"General bu gün səhər saatlarında saxlanılıb. Gözlənilir ki, günün sonuna qədər məhkəmə istintaqın həbslə bağlı müraciətinə baxacaq", - KİV vurğulayıb./Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.