Ermənistan

Valideynlərinin məzarını ziyarət etmək istədi - Ermənistana buraxmadılar

15 Dekabr 2024 22:19
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib. /APA

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.