Maraqlı

Gəlin "zərgərlik mağazası"na çevrildi - Bərzani ailəsi ilə qohum oldular - VİDEO

22 Dekabr 2025 11:35
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Şanlıurfa bölgəsindən olan İzol Aşirəti İraq Kürd Regional Rəhbərliyinin sabiq prezidenti Məsud Bərzaninin ailəsi ilə qohumluq əlaqəsi qurub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sabiq AK Parti Şanlıurfa millət vəkili Zülfikar İzolun qardaşı oğlu Kahraman Zülfikar İzol ilə Məsud Bərzaninin əmisi oğlu Abdülkərim Bərzaninin qızı Nazdar Bərzani möhtəşəm toy mərasimi ilə ailə həyatı qurublar.

Görkəmli şəxslərin və çoxsaylı qonaqların iştirak etdiyi toy mərasimi geniş maraq doğurub. Bu evliliklə İzol Aşirəti ilə Bərzani ailəsi arasında dünürlük münasibəti rəsmiləşib.

Toydan olan görüntülər və xəbərlər qısa zamanda sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.