Bu gün saat 12:00-da Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) partlayış işləri aparılacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Partlayış işləri kəndin minalardan təmizlənməsi məqsədilə həyata keçiriləcək.
Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə olunan razılığa əsasən, Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun