Paşinyanın arxivi açmaq planı: Ermənistan “soyqırımı”dan imtina edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda qondarma "erməni soyqırımı" ilə bağlı hakimiyyət və müxalifət arasında müzakirələr kəskinləşib.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti qondarma "soyqırımı qurbanlarının" siyahısının tərtib edilməsini gündəmə gətirib. Söhbət iddia olunan 1,5 milyon addan gedir.
Paşinyanın komandasına daxil olan parlamentin müdafiə komitəsinin sədri Andranik Koçaryan bildirib ki, baş nazir Nikol Paşinyan 1915-ci ildə Osmanlı imperiyasından deportasiya edilən zaman 1,5 milyon erməninin öldüyünə inanmır.
Onun sözlərinə görə, "erməni soyqırımı" ilə bağlı tarixi faktlar dəqiq deyil.
"1,5 milyon erməninin qətlə yetirildiyinə dair şübhələr var. Paşinyan istəyir ki, 1915-ci ilin qurbanlarının şəxsi məlumatları tapılsın, onların sayı dəqiqləşsin və oxuduqdan sonra əminlik yaransın. Baş nazirin məqsədi daha obyektiv siyahının hazırlanması və real əsasların yaradılmasıdır. 1,5 milyon erməninin qətlə yetirildiyini deyiriksə, onların adlarını, soyadlarını arxivlərdən tapmağı bacarmalıyıq və soyadlarını "soyqırımı memorialında" qeyd etməliyik", - o bildirib.
Koçaryanın bu açıqlamasından sonra Ermənistanda və erməni diasporunda çaxnaşma yaranıb. Paşinyanı qondarma "soyqırımı" inkar etməkdə ittiham edir, onun Türkiyənin tezisləri əsasında çıxışı etdiyi bildirilir.
Paşinyanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan bildirib ki, bu yanaşma "türk tələsi"dir.
"Türkiyə istəyir ki, "soyqırımı" məsələsi müzakirə predmetinə çevrilsin, hakimiyyətin etdiyi də budur. "Soyqırımı" elmi, akademik və siyasi səviyyədə tanınır. Bunu 30-dan çox ölkə və ABŞ-ın 50 ştatı tanıyır. Bu tabudur, onu müzakirə etmək olmaz", - Marukyan deyib.
Qondarma "soyqırımı muzeyi"nin keçmiş direktoru Suren Manukyan Paşinyanın təşəbbüsünün soyqırımı iddiaları baxımından təhlükəli olduğunu deyib. 1,5 milyon erməninin sayı ilə bağlı fikirlər hələ 1960-cı illərdə Türkiyədə gündəmə gəlib.
"Türkiyə bunu inkar edir və bildirir ki, Osmanlıda 1,5 milyon erməni yaşamayıb. Əgər doğrudursa, o zaman, Ermənistan arxivləri açmalı, onların ad və soydalarını göstərməlidir. Lakin Ermənistan heç vaxt siyahını dərc etməyib, çünki neçə nəfərin öldüyü önəmli deyil, bir qrup insanın qətlə yetirilməsi "soyqırımı"dır. Digər tərəfdən, bu siyahının necə tərtib ediləcəyi bəlli deyil. Əsas istinad nöqtəmiz sağ qalanların xatirələridir. O zaman, əsasən uşaqlar sağ qaldılar, onlar da adətən çoxunun adını-soyadını bilmir", - Manukyan deyib və bununla əslində "soyqırımı" iddiasının qondarma olduğunu özü də etiraf edib. Çünki say uydurmadır, ad-soyad və siyahı yoxdur, istinad nöqtələri də tarixi sənədlər yox, uşaqların xatirələridir.
Hakim partiyanın deputatı Ovik Ağazaryan isə deyib ki, Ermənistan Osmanlı imperiyasında baş verən "soyqırımı" ilə bağlı heç bir iddia irəli sürə bilməz.
"Ermənistan Türkiyəyə qarşı heç bir hüquqi tələb irəli sürə bilməz. Çünki bu, Osmanlı dövründə baş verib və həmin vaxt bizim dövlətimiz yox idi. Ümumilikdə mən Ermənistanın bu məsələdə iddia irəli sürməsinin tərəfdarı olmamışam", - o deyib.
Ermənistan hakimiyyətinin qondarma "soyqırımı" ilə bağlı təşəbbüsü ciddi qalmaqala səbəb olub. Məsələni gündəmə gətirən Andranik Koçaryan bu gün "Azadlıq radiosu"nun erməni xidmətinə açıqlamasında bildirib ki, "soyqırımı qurbanlarının" siyahısının tərtib edilməsi onun şəxsi fikridir, bu məsələ ilə bağlı siyasi qərar yoxdur. Əslində Koçaryan bununla Paşinyanı qınaqlardan xilas etmək istəyir. Lakin qondarma "soyqırımı" ilə bağlı təşəbbüsün Ermənistan hakimiyyətinə məxsus olduğu bəllidir.
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasına, sərhədlərin açılmasına çalışır. Coğrafi reallıqlar fonunda Ermənistanın perspektivi bundan asılı olacaq. Bunun üçün Türkiyəyə qarşı ərazi və "soyqırımı" iddialarından imtina etməlidirlər. Paşinyan konstitusiya dəyişikliyi ilə ərazi iddialarını arxa plana keçirməyi planlaşdırır. Qondarma "soyqırımı" iddiasının gerçək olmadığını isə arxivlərin açılması ilə isbatlamaq mümkündür. Türkiyə illərdir arxivlərin açılmasını tələb etsə də, Ermənistan qəbul etmir. Paşinyanın qondarma "soyqırımı qurbanları"nın siyahının tərtib edilməsi, ad və soyadlarının tapılması təşəbbüsü buna hesablanıb. Çünki bunu bilmək üçün arxivlər açılmalı, açıldıqda isə 1915-ci il hadisələrinin ermənilərin iddia etdiyi kimi olmadığı ortaya çıxacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO





