Ermənistan

"Rusiya sərhədçiləri Paşinyanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib"

30 Mart 2024 11:20
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "24News" portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.

Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.