Ermənistan

Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

1 Mart 2024 15:48
Baxış: 1 172
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots" beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin "Vətəndaş Sazişi" fraksiyasının katibi Artur Ovanisyan çıxış edib.

"Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq", - deyə Artur Ovanisyan vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar. 

Məlumat üçün əlavə edək ki, İrəvanın "Zvartnots" beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.