Ermənistan

CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə alıb - VİDEO

2 Yanvar 2024 16:31
Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.

Çəkiliş qrupunun qarşısında duran vəzifə - şəhərin əvvəllər azərbaycanlıların yaşadıqları tarixi yerlərini və məhəllələri lentə almaq olub. Etnik təmizləmədən sonra bu tarixi məkanlar Ermənistan hakimiyyəti tərəfindən dağıdılıb və dəyişikliyə məruz qalıb.  
CBC ekspedisiyasının məqsədi İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq olub. Bunun üçün qrup havadan çəkiliş üçün dronlardan istifadə edib. 
Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. 

Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin.

Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb. 

Bu, CBC telekanalının çəkiliş qrupunun Ermənistana ikinci səfəridir. 

Yeni sənədli filmdə CBC ekspedisiyasının İrəvanın əsl sakinləri haqqında tapdığı dəlillərdən bəhs edilir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.