Ermənistan

Arutyunyan Gəncəyə atəş əmrini verənləri açıqladı

30 Noyabr 2023 07:56
Baxış: 2 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdakı keçmiş separatçı tör-töküntüsünə rəhbərlik etmiş Araik Arutyunyanın Bakıda istintaqa verdiyi iddia edilən ifadəsi yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.

Bildirilib ki, Arutyunyan "orduya" əmr vermək səlahiyyəti olmadığını deyib:

"Mən kiməm ki, orduya əmr verim? Bütün əmrlər Ermənistanın Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq formal idi, baxış xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar ərazidən atılıb.

Mənim belə bir əmr verməyə səlahiyyətim yox idi. Sərəncamları şəxsən Paşinyan verib. Bundan sonra o, Ermənistanı məsuliyyətdən yayındırmaq üçün efirə çıxmağımı və bütün məsuliyyəti öz üzərimə götürməyimi əmr etdi".

Qeyd edək ki, hazırda keçmiş separatçı-terrorçu xuntanın digər başçıları kimi, Araik Arutyunyanın da DTX-də istintaqı davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.