Ermənistan

Ermənistanda vəzifəli şəxslər saxlanıldı

22 Noyabr 2023 19:38
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər rüşvət almaqda şübhəli bilinirlər.

Belə ki, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdirinin, həmin idarənin şöbələrindən birinin rəhbərinin və böyük sosial işçisinin vətəndaşlardan rüşvət aldığı müəyyən edilib.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.