İrəvan bu addımla Bakıya yeni şans verdi - Matevosyan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan KTMT-nin işində və əsas tədbirlərində iştirakdan imtina etməklə de-fakto təşkilatı tərk edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib.
Matevosyan bu xəbərin Baş nazir Nikol Paşinyanın Bakının Ermənistana münasibətdə "Qərbi Azərbaycan" ifadəsindən istifadə etməsi və "təcavüz ehtimalı" ilə bağlı bəyanatları fonunda ortaya çıxmasına diqqət çəkib:
"Bunun fonunda Ermənistan hakimiyyəti KTMT-nin, o cümlədən hərbi-texniki, eləcə də müşahidəçi missiyasının yardımından imtina edir. Əgər müharibə ola biləcəyini deyirsə, bəs niyə imtina edirlər? Bu, kimin maraqlarıdır?"
O bildirib ki, Ermənistanın KTMT-dən çıxdığını sübut etmək üçün sənəd imzalamasına ehtiyac yoxdur:
"KTMT-nin vacib atrubitlarından biri təlimlərdir. Ermənistan bunlarda iştirak etmir və öz ərazisində manevrlər həyata keçirmir. O, KTMT-nin iclaslarında iştirak etmir, baş katibin müavini kvotasından imtina edib və daimi nümayəndəni geri çağırıb. Beləliklə, bir sıra əsas elementlərə görə Ermənistan Təşkilatdakı fəaliyyətini dayandırıb".
Ekspertin fikrincə, rəsmi çıxışın olmaması Paşinyanın hansısa təhlükəsizlik təminatlarını təmin etmək cəhdi ilə bağlıdır. Məhz buna görə də Ermənistan parlamentində baş nazir yekun qərar qəbul olunmayana qədər Təşkilatdan çıxmağın elan olunmayacağını bildirib:
"Yəni hansısa hazırlıq işləri gedir və bu, başa çatdıqdan sonra açıq elan olunacaq.
Noyabrın 19-da AB-nin mülki müşahidə missiyasının statusu haqqında saziş imzalandı. Bundan əlavə, Böyük Britaniya ilə əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Bütün bunları Rusiyanı Qərblə "əvəz etmək" məntiqi ilə hesab etmək olar.
Əgər min müşahidəçi yox, 5 min nəfər olsa və onların bəziləri təkcə durbinlə silahlanmasa, bundan sonra Paşinyan KTMT-dən getdiyini bəyan edəcək".
Onun sözlərinə görə, paradoks ondan ibarətdir ki, AB özü "təhlükəsizlik istehsalçısı" deyil, NATO tərəfindən təmin edilən təhlükəsizlikdən istifadə edir.
Politoloq iddia edib ki, Rusiya NATO-nun genişlənməsinə kəskin reaksiya verir, ona görə də Qərb burda "incə siyasət" aparır, NATO bura AB-nin pərdəsi altında daxil olur:
"Rusiya, İran və Türkiyə buna imkan verəcəkmi? Onlar regionda başqa aktorların olmasını istəmirlər. Ermənistan hakimiyyətinin indiki addımları isə İrəvanı onlar üçün düşmənə çevirir.
Beləliklə, İrəvan təhlükəsizlik sistemini modernləşdirmək və gücləndirmək əvəzinə əlavə problemlər yaradır. Rusiya ilə münasibətlərin səviyyəsini sıfra endirmək isə Azərbaycan üçün yeni imkanlar yaradır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)





