Ermənistan

Erməni deputat: “Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi 141% artıb”

15 Noyabr 2023 09:48
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin miqyası artmaqda davam edir və vəziyyət təhdidedici xarakter alır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu müxalif "Ermənistan" blokunun deputatı Aqnessa Hamoyan deyib.

"Bundan əlavə, ölkədəki dəhşətli statistikaya baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin yeni strategiyası hələ də hazır deyil və indiki strategiya hələ 2014-cü ildə qəbul edilib", - Hamoyan parlamentin iclasında deyib.

Eyni zamanda, onun sözlərinə görə, polisin müəyyən addımlarına baxmayaraq, son 5 ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinin dinamik artımı davam edib. Belə ki, 2023-cü ilin 10 ayı ərzində 3 934 belə cinayət faktı qeydə alınıb. Ötən ilin analoji dövrünün göstəricisi 1 631-dir.

"Əslində artım 141% olub. Bunlar isə sadəcə açılmış hallardır", - deputat qeyd edib.

Eyni zamanda, 2023-cü ilin yanvar-sentyabr aylarında hüquq-mühafizə orqanları tərəfindən 110 kq-a yaxın narkotik vasitə götürülüb. Eyni zamanda, 2022-ci ilin eyni dövrü üçün bu göstərici cəmi 69 kq olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory