Ermənistan

Nikolun separatçı lideri təbrik etməməsinin səbəbi…

12 Sentyabr 2023 17:10
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paşinyan separatçıların yeni "rəhbəri" Samvel Şahramanyanı niyə təbrik etmədiyini belə izah edib: "Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub".

Milli.Az axar.az-a istinadən bildirir ki, "beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər", yəni təbrik etməklə qondarma "seçkini" qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.

Erməni baş nazirin açıqlamasını belə oxuya bilərikmi: Şahramanyan üzərinə qoyulan "ağır məsuliyyət"in altında qalacaq və İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir.

Paşinyanın separatçıların yeni "rəhbərliyi" ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.