Ermənistan

8 kəndin qaytarılması mətndə var idi - Xaçatryan

23 May 2023 20:42
Baxış: 1 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilməsinə qarşı çıxmışdım.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəis müavini Tiran Xaçatryan deyib.

"Baş Qərargahın o vaxtkı rəhbərində bəyanatın ilkin variantını gördüm, sənəddə anklavlarla bağlı bəndlər var idi. Heyrətə gəldim. Baş Qərargah rəisindən soruşdum ki, atəşkəsin anklavlara nə dəxli var? Onunla qısa müzakirəmiz oldu. Daha sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O məndən əlaqədə qalmağımı istədi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı", - Xaçatryan bildirib.

Onun sözlərinə görə, ermənilərin Qubadlı və Laçındakı mövqelərini verməmək də təklif olunmuşdu:

"Bizim üçün sərfəli sərhədlərimiz var idi. Əvəzində isə biz Azərbaycan tərəfinə Dağlıq Qarabağın onların nəzarətində olan əraziləri saxlayacaqdıq. Amma təklifimiz qəbul olunmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.